Rusiya məktəblərində yuxarı siniflərdə oxuyanların 49%-i mütəmadi olaraq kənara pul qoyur ki, özünə «maliyyə yastığı» hazırlasın.
Eləcə də bax: Milli Məclisdə uşaqpulu - Məsələsi Qaldırılıb
FED.az biznes və maliyyə xəbərləri portalı TASS-a istinadən bildirir ki, Hər məktəblilərin 20%-i pulu qacet və elektron cihaz almaq üçün, 16%-i kursa getmək və təhsil üçün, 10%-i geyim və ayaqqabı üçün, 7%-i isə səhayət üçün yığır.
Özü də məlum olub ki, yuxarı sinif şagirdlərinin yarısı ayda 500 rubladək (təqribən 7 dollaradək), 29%i 500-100 rubl (7-14 dollar), 13%-i 1000-3000 rubl (14-40 dollar), 7% isə 3000 rubldan (40 dollardan) artıq pul yığır.
Rəyi soruşulan məktəblilərin çoxu öz büdcələrini 1-3 ay müddətinə 22%-i isə iki həftəlik müddətə planlaşdırır. Məktəblilərn 3-də biri büdcə tərtib etmirlər.
«Müasir məktəblilər – maliyyə cəhətdən çox təfəkkürlü gənclərdir. Büdcəni 2-3 aylığa planlaşdırmaq hətta yaşlılar üçün də çətindir, halbuki uşaqlar maliyyə cəhətdən hər gün daha da kamilləşərək uğurlu gələcəyin bünövrəsini qururlar» - deyə «YaKlass»ın direktoru Andrey İlinqin bildirib.