Rusiyada pensiya yaşı artırıldığına görə cari il 800 min nəfər pensiya hüququndan məhrum olub.
FED.az xəbər verir ki, bunu Rusiya Pensiya Fondunun rəhbəri Anton Drozdov deyib.
Eləcə də bax: Kredit istəyən hər 3 nəfərdən 2-si bankdan əliboş qayıdıb - RUSİYADA
Onun sözlərinə görə, buna baxmayaraq, çoxuşaqlı anaların hesabına vaxtından əvvəl pensiyaya çıxanların sayı artacaq. A.Drozdov bildirib ki, 2021-ci ildən başlayaraq dünyaya gətirdiyi və ya böyütdüyü 4 və daha çox uşaqların anaları 56 yaşdan pensiyaya çıxa biləcək.
“2023-cü ildən isə üçuşaqlı analar 57 yaşda pensiya almaq hüquqi qazanacaq”, - deyə fond rəhbəri əlavə edib.
Xatırladaq ki, Rusiyada pensiya yaşı 2018-ci ildən bəri artırılmağa başlayıb. 2028-ci ilədək pensiya yaşı qadınlarda 60 (55 yerinə), kişilərdə isə 65 (60 yerinə) həddinə çatacaq.
Report