Rusiyada dövlət valideynsiz uşaqların mənzillə təmin edilməsi üçün bu ilin əvvəlindən 1 milyard dollara yaxın vəsait xərcləyib.
Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır
FED.az Rusiya mətbuatına istinadən bildirir ki, bu ilin yanvar-iyul aylarında valideynsiz uşaqların mənzillə təmin edilməsi üçün ümumilikdə 78,7 milyard rubl və ya 880 milyon dollar həcmində dövlət satınalması həyata keçirilib.
Bu məbləğ ifadəsində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% artıqdır. Belə ki, ötən ilin yanvar-iyul aylarında dövlət yetim uşaqlar üçün 69,2 milyard rubl (təqribən 770 milyon dollar) həcmində vəsait xərcləmişdi.
Ayrılan vəsaitlə bu il uşaqlara 24 min mənzil və ev alınıb. Ötən illə müqayisədə mənzillərin sayı azalıb – keçən ilin eyni dövründə 25 min mənzil alınmışdı.
Məbləğin artmasına baxmayaraq alınan mənzillərin azalmasının səbəbi bu il mənzillərin bahalaşmasıdır. Belə ki, ötən il uşaqlara valideynsiz uşaqlara alınan mənzillərin hər biri 2,91 milyon rubla – 33 min dollara başa gəlmişdisə, 2024-cü ildə mənzillərin orta qiyməti 3,3 milyon rubl və ya 37 min dollara başa gəlib.