Rusiyalı istehsalçı “Nijnetaqilskiy xolodilnik” MMC Azərbaycana dondurma ixracı təşkil edə bilər.
FED.az xəbər verir ki, bu barədə, müəssisənin təsisçisi Vyaçeslav Malıxa deyib.
“Hazırda “Nijnetaqilskiy xolodilnik” MMC-nin istehsal etdiyi məhsulların beynəlxalq bazara çıxarılması ilə bağlı danışıqlar aparılır. Biz Qazaxıstan, Azərbaycan və Özbəkistana ezamiyyətlər təşkil etməyi planlaşdırırıq”, - deyə V.Malıx bildirib.
V.Malıx, həmçinin deyib ki, müəssisə məhsul çeşidini genişləndirir və bu günlərdə 2 yeni dondurma növü istehsal edib.
Azərtac