FED.az xəbər verir ki, “R-Pharm” MMC işçi axtarır
Daxili ünsiyyət və korporativ mədəniyyət şöbəsinin mütəxəssisi
Ümumi vəzifə öhdəlikləri:
• Şirkətin korporativ mədəniyyətinin inkişafına yönəlmiş şirkət daxili layihələrdə iştirak;
• Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi;
• Sosial şəbəkələrdə şirkət brendinin təbliği (şirkət səhifələrinin yaradılması, şirkət imicinin vurğulanması, şirkət üçün şüarların hazırlanması) ;
• Daxili kommunikasiya strategiyasına əsasən fəaliyyət planının hazırlanması və həyata keçirilməsi;
• Şirkət daxili nəşrlərin tərtib, redaktə və çap edilməsi;
• Məqalələrin, qeydlərin, elanların (daxili sayt, korporativ bülletenlər) hazırlanması və redaktə edilməsi;
• Tədbirlərin təşkilində və keçirilməsində iştirak.
Tələblər:
• Ali Təhsil;
• MS Office proqramlarını yaxşı bilmək;
• Azərbaycan dili qramatikasını mükəmməl bilmək;
• İşgüzar yazışmaların aparılması üçün mükəmməl rus və ingilis dili biliyi;
• Mətn tərtib etmək və redaktə etmə bacarığı;
• Təqdimat hazırlamaq və məlumatın qrafik şəkildə təsvir etmək bacarığı;
• Məlumat toplamaq və araşdırma bacarığı;
• Ünsiyyət qurma bacarığı.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Daxili ünsiyyət üzrə mütəxəssis” qeyd edərək [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur.
Qeyd! CV-nizi Azərbaycan və eyni zamanda Rus və ya İngilis dillərində də təqdim etməniz xahiş olunur.