"Zəfər yarmarkası"ndan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək".
Eləcə də bax: Bakıda “Zəfər” yarmarkası - KEÇİRİLİR - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Zəfər yarmarkasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər: "Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik olsa da, hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır".
E.Hüseynov bildirib ki, "Zəfər yarmarkası" 12 gün davam edəcək: "Havanın yağışlı, çiskinli olmasına baxmayaraq, paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqramı olan yarmarkada iştiraka dəvət edirik".
Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil edilən yarmarka oktyabrın 29-dan noyabrın 9-dək davam edəcək. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.