10.6 min şəxs özünəməşğulluq proqramına cəlb olunub.
FED.az xəbər verir ki, bunu mək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, sosial sahədə şəffaflığın təmin olunması və elektronlaşmanın həyata keçirilməsi əsas prioritet məsələdir. Zəngilanda, Ağalıda smart DOST Mərkəzi fəaliyyət göstərir. Sosial sahədə vətəndaşlara xidmət göstərilməsində şəffaflığın təmin olunması üçün dövlət xidmətlərinin elektronlaşması üçün 5 sentyabr 2018-ci il prezident fərmanı ilə nazirliyin vahid elektron portalı yaradılmışdır. E sosial portalı əhalinin istifadəsinə verilib. Hazırda nazirlik tərəfindən sığorta sahəsində proqramlar icra edilir. Son 6 ildə fondun gəlir və xərcləri 3.2 milyard artıb. 11 500 şəhid ailəsinə birdəfəlik ödəniş edilib.