"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".
Eləcə də bax: Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlər başlandı - MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq: "Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək". (Report)