Azərbaycanda minimum əməkhaqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir.
FED.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, bu, eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir.
O bildirib ki, büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezidentin sərəncamı əhalinin sosial təminatının daha da gücləndirilməsi prinsipini təsdiq etdi".
"Minimum əməkhaqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq"-feyə deputat bildirib.