Ünvanlı dövlət sosial yardım almaq üçün müraciətlər edilən zaman kommunal xərclər ailənin xərclərinin hesablanmasında mühüm rol oynayır.
Eləcə də bax: DSMF sədri: "Vətəndaşlar təqaüdlə pensiyanı qarışdırırlar"
FED.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, bəzən kiçik ailə olmasına baxmayaraq, ünvanlı sosial yardım almaq üçün müraciət edərkən kommunal xərcləri 300-400 manat həcmində göstərir. Sözsüz ki, kommunal xidmətlərə ayda 400 manat xərcləyən ailənin aztəminatlılıq məsələsi şübhə doğurur. Bu halda şəxs ya gəlirlərini gizlədir, ya da aztəminatlılıq meyarından kənarlaşıb. (Trend)