İraq və Suriyadan 66 nəfər Azərbaycana repatriasiya olunub. İraq və Suriyadan cari il ərzində 66 nəfər Azərbaycana repatriasiya olunub. 2018-ci ildən 418 nəfərin İraq və Suriyadan Azərbaycana repatriasiyası həyata keçirilib.
FED.az-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib: "Bu il 66 nəfər sözügedən ölkələrdən Azərbaycana repatriasiya olunub, onlardan 64-ü Agentliyin tabeliyində olan müəssisələrə yerləşdirilib".