“Biz hesab edirik ki, elmə ayrılan xərclərin az olmasında səbəb buradakı struktur problemləridir”.
Eləcə də bax: Gələn il Azərbaycanda orta maaş - 900 MANATA YAXINLAŞACAQ
FED.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Prezident tərəfindən müvafiq qərar qəbul edilib. AMEA-nın bir hissəsi Elm və Təhsil Nazirliyinə verilib. Həmin nazirliyə təkliflərini hazırlamaq üçün 6 ay vaxt verilib. Mən əminəm ki, həmin təkliflər hazırlanandan sonra biz müvafiq qərarlar qəbul edəcəyik. Biz bunların dövlət büdcəsində əksini görəcəyik. Sadəcə, əməkhaqların artırılması yolu ilə mövcud strukturda elmdən nəyisə gözləmək sadəlövhlük olardı”. (Apa)