Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır.
Anar Əliyev: "Ötən il istehsalatla baş verən 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb"
FED.az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", - o bildirib.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər. (Trend)