2018-221-ci illərdə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 30% artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “Son 4 il ərzində əmək müqavilələrinin sayı 30% artıb. Bu deməkdir ki, təxminən 400 min nəfər daimi əmək müqaviləsi üzrə işlıməyə başlayıb”, - Sahil Babayev bu gün “Karyera İnkişaf Forumu”nda çıxışında qeyd edib.
Onun sözlərinə görə, əmək müqavilələrinin 75%-i və ya 300 mini özəl sektorda bağlanıb.
Babayev əlavə edib ki, 2018-2021-ci illər ərzində əməkhaqqı fondu 92% artıb. Bu dövrdə minimum əməkhaqqı təqribın 2 dəfə, orta əməkhaqqı – 40%, median əməkhaqqı – 75% artıb.
Nazir vurğulayıb ki son 4 il ərzində dövlət məşğulluq xidmətləri tərəfindən 230 mindən çox şəxs işlə təmin olunub.
Eyni zamanda, Babayev qeyd edib ki, əmək bazarında ixtisaslı işçi qüvvəsi ilə bağlı problemlər var. İndiyədək onlar əmək bazrının yalnız 35%-ni təşkil edir. “Növbəti dövrdə biz bu göstəricinin artırılmasına diqqət ayırmalıyıq”, - nazir bildirib.