lyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə "Əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi. "DOST" müfəttiş layihəsinin təqdimatı mövzusunda sahibkarlarla görüş keçirilib
FED.az xəbər verir ki, görüşdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin əməkdaşları uçün işçi icazələrinin alınmasında mövcud vəziyyət müzakirə edilib, bu sahədə Əmək və Məşğulluq Alt Sisteminin (ƏMAS) yenilikləri təqdim olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumları olan Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı ve Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın çıxışları dinlənilib və bu sahədə sahibkarların qarşılaşdıqları məsələlərə aydınlıq gətirilib.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciətlərin sayı her gün artmaqdadır. Böyük Qayıdış Proqramı üzrə öz torpaqlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsində özəl sektorun xüsusi rolu olduğunu vurğulayan Konfederasiya rəhbəri iş adamlarını dövlət-özəl dialoqu çərçivəsində yaradılan bu platformanın imkanlarından yararlanmağa dəvət edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər əmək və məşğulluq sahələrində aparılan islahatları, bu islahatlar prosesində sosial tərəfdaş olaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları, ışğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işləri diqqətə çatdırıb Nazir müavini bu sahələrdə özəl sektora aid işəgötürənlərlə sosial tərəfdaşlığın önemini vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün də bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirən A Əliyev əmək münasibətləri və məşğulluq xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurları qeyd edib. Əmək və Məşğulluq altsisteminin əmək sahəsində bütün münasibətlərin e-platformaya keçidinə imkan verdiyini, yeni "DOST Müfettiş" layihəsinin əmək qanunvericiliyinin iş yerlərində tətbiqi prosesində işəgötürənlər üçün əhəmiyyətini diqqətə çatdırıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib ki, Böyük Qayıdışa dair | Dövlət Programı çərçivəsində işğaldan azad edilmiş rayonlara geri qayıdan əhalinin məşğulluğunun ve sosial müdafiəsinin təmin edilməsi, eyni zamanda qeyri-formal məşğulluğun və işçıların əmək hüquqlarının pozulmasının qarşısının alınması, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Nazirlik tərəfindən müvafiq tədbirlər görülür. Bununla əlaqədar Xidmət tərəfindən "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən hər ay monitoriqlər keçirilir və müvafiq tədbirlər görülür.
Xidmət rəisi həmçinin qeyd edib ki, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin düzgün tetbiqi, bir sıra risklərin və mümkün hüquqpozmaların qarşısının vaxtında alınması üçun ƏMAS daim təkmilləşdirilir, tətbiq edilen yeniliklər üzrə mütəmadi olaraq işəgötürənlərə hem onlayn, ham de offlayn olaraq təlimlər keçirilir və vətəndaşlar (işəgötürənlər) tərəfindən ƏMAS-in təkmilləşdirilməsi istiqamətində daxil olan təklifləri operativ şəkildə nəzərə alınır və diqqətdə saxlanılır.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndinilməsi layiqli amayın dəstəklənməsi, elektron xidmətlərin sayının artırılması ilə şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki. 2018-ci ilden ben 570 min nəfər münasib işlə temin olunub, 30 min nəfər peşə hazırlığına cəlb olunub. Təkcə bu ilin 6 ayında ise 8.5 min şaxs peşə hazırlığına cəlb olunub. İşğaldan azad olunan ərazilərdə görülən işlərə də diqqət çəkan S.Əliyev qayıdış çərçivəsində köç etmiş 2500 nəfərin məşğulluğunun təmin edildiyini, 790 nefenin məşğulluğu istiqamətində işlər aparıldığını bildirib.
Əmək Bazarı ve Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sadn Elnur Səfərli tədbir iştirakçılarına "DOST Müfəttiş layihəsinin əhəmiyyəti barədə məlumat venb. Bildirib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibetleri ve insan resurslan üzrə can vəziyyəti etraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir.
Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqinde, emek münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə destek olmaqdır
Qeyd olunub ki, layihə həmçinin müəssisələrə emek qanunvericiliyinin tələblənnin tatbiqi vəziyyətini qiymətləndirməyə əməyin mühafizəsinin standartlara uyğun təşkiline, emek ve Məşğulluq altsisteminin tətbiqində onların qarşılaşdığı çətinliklənın aradan qaldınimasına yardım edir.