Bu gün də ünvanlı dövlət sosial yardım üçün bir sıra hallarda maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq.
Özəl pensiya fondlarının yaradılması Azərbaycan üçün - NƏLƏR VƏD EDİR?
FED.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları da üzə çıxır:
"Belə hallar aşkar olunduqda, saxtalaşdırılmış məlumatların növü üzrə müvafiq tədbir görülür. Belə ki, müraciətlərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına müraciət edilir. Əmək müqaviləsində saxtalaşdırma varsa, bu halda Dövlət Əmək Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Yekunda ünvanlı sosial yardımın verilməsindən imtina edilir". (Apa)