Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkirlər.
Yaxın zamanda minimum əmək haqqı ilə bağlı olmayan müavinət və təqaüd artımının qərarı veriləcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Ombudsmanın illik məruzəsində pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur:
"Ancaq pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktiki digər dövlətlərdə də tətbiq olunur. Bu baxımdan Azərbaycanda da pensiya yaşına iki il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməsi məqsədəuyğun olardı". (Report)