Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb olunanlar arasında Qubadlı rayonundan olan vətəndaşlar da az deyil.
Eləcə də bax: Doğma yurdlarına kiçik biznes sahibləri kimi qayıdacaqlar - Fotolar
FED.az xəbər verir ki, həmin insanlar müzəffər Ordumuzun Ermənistanın işğalından azad etdiyi doğma yurdlarına özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə təsərrüfatları ilə qayıtmağa hazırlaşırlar.
Qubadlı sakinləri özünüməşğulluq proqramına cəlb olunmalarının da dövlətin daha bir qayğısı olduğunu qeyd edirlər. Proqram əsasında verilmiş mal və materiallar, avadanılıqlar hesabına qurduqları kiçik ailə bizneslərini ata-baba yurdlarında daha da genişləndirmək əzmində olduqlarını söyləyirlər.