Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, taxıl, yağ, ət və südün qiymətlərindəki dəyişiklikləri izləyən FAO Qida Qiymət İndeksi İyunda May ayı ilə müqayisədə 2,5% geriləyib, ötən ilin İyun ayı ilə müqayisədə isə 33,9% yüksəlib.
Eləcə də bax: Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, 2021-ci ilin may ayında 127,8 dəyərini alan indeks, iyun ayında 124,6 olaraq açıqlanıb.
İyun ayındakı azalma, ardıcıl 12 aylıq artımın ardından İndeksdə ilk azalmadır.
İyun ayındakı geriləmə, bitki mənşəli yağlayarın, taxılın və südün qiymətlərindəki azalmanı əks etdirir. Ət və şəkər qiymətləri isə artmaqda davam edib. (Marja)