“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Qızıl-2” ani lotereyasında iki böyük uduş qazanılıb. Hər biri 25000 manat olan böyük uduşlar öz şanslı qaliblərinə bölgələrdə nəsib olub.
FED.az xəbər verir ki, böyük uduşa Ordubad şəhərində sahib olan Saleh İbrahimov ani lotereyanı rayon mərkəzində köşkdən aldığını deyir. “Biletləri bir gün qalib olacağıma inanaraq alsam da mənə bu xoş xəbəri verəndə təəccübdən qalib olduğuma inana bilmirdim. Bundan sonra bilet almağa davam edəcəyəm. Hər kəsə tövsiyə edirəm ki, ani lotereya biletlərini əldə edərək şanslarını sınasınlar”, deyə S.İbrahimov sevincini bölüşüb.
“Qızıl-2” ani lotereyasında qazanılan ikinci böyük uduş isə Beyləqanda qeydə alınıb. Beyləqan sakini Tarzan Ağayev isə hər kəsi ani lotereyaları almağa, şansın bir gün mütləq onların da üzünə güləcəyinə inandığını söyləyib.
“Qızıl-2” ani lotereyasının oyun qaydaları barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
https://azerlotereya.com/az/content/67
Xatırladaq ki, “Qızıl-2” ani lotereyasında böyük uduş – 25000 manat qazanmaq şansı hələ də qalır. “Azərlotereya” ASC tərəfindən təşkil olunan “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereya biletlərini lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsindən, dekabrın 17-dən etibarən isə “Optimal” mağazalarında əldə etmək mümkündür.
“Azərlotereya” ilə şansınızı gözlətməyin. Ətraflı məlumatı www.azerlotereya.com rəsmi saytından əldə edə bilərsiniz.