Qida Təhlükəsizliyi İnstitutu cənub regional bölmələri üçün ixtisaslı mütəxəssislər axtarır.
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verir.
İnstitutun Lənkəran Regional Sınaq Laboratoriyasında işləmək üçün aşağdakı ixtisaslar üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunmuş şəxsi işləri (şəkilli) ilə müraciət edə bilər:
- Baytar mütəxəssisi;
- Toksikologiya;
- Kimya;
- Biologiya;
- Qida mühəndisliyi;
- Genetika;
- Biokimya;
- Tibbi profilaktika;
- Fitosanitariya;
- Aqronomluq;
- Zootexnik;
- Mikrobiologiya.
Əlavə məlumat üçün: +994 77 270 05 06; elvin@[email protected]