Azərbaycan ərazisində növbəti günlərdə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova FED.az-a açıqlamasında deyib ki, hazırda bəzi rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur: "Qeyri-sabit hava şəraitinin may ayının 15-dək davam edəcəyi gözlənilir. Rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında da hava şəraiti dəyişkən buludlu olacaq: "Səhər saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 20-25 dərəcə arası dəyişəcəyi gözlənilir".