Bakı. 4 aprel. Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan FED.az -a verilən məlumata əsasən ,
aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.
Aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".
Qeyd edək ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək.