Qarabağda işləmək üçün müracət edən bərdə sakini gözləmədiyi bir mənzərə ilə qarşılaşıb. Məlub ki, sən demə o, işsiz deyilmiş. Özüdə 1 yox, 2 şirkətdə işləyirmiş. Həm də yüksək əmək haqqı müqaviləsi ilə...
Xəbəri olmadan adına VÖEN açılıb - 58 MİN BORCU VAR - VİDEO
FED.az xəbər verir ki, hadisə Bərdədə yaşayan Səxavət Fərzəlizadənin başına gəlib. O bunu bir müddət əvvəl iş üçün müraciət edərkən öyrənib.
Səxavət Fərzəlizadə deyir ki, düşdüyü bu vəziyyətə görə iş tapa bilmir. İndi vətəndaş adına olan bu işlərdən çıxmaq istəyir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, əmək müqaviləsi hər iki tərəfin iştirakı və razılığı əsasında bağlanır. Vətəndaş üzləşdiyi problemi məhkəmə yolu ilə həll etməlidir.
Səxavət Fərzəlizadə sözügedən şirkətləri Bakıda axtarsa da onların yerini tapa bilməyib. O baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. (Xezerxeber.az)