Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.
FED.az xəbər verir ki, tender 1 lot üzrə, Bakı şəhərində mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 ədəd 1 otaqlı, 84 ədəd 2 otaqlı, 39 ədəd 3 otaqlı mənzillərin satın alınması məqsədini daşıyır.
İddiaçılar sənədləri aprelin 25-nə qədər, tender təklifi və bank təminatını isə mayın 4-nə qədər təqdim etməlidir.