Nazirlər Kabineti (NK) "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci il tarixli qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkə Prezidentinin, Birinci xanımının və Birinci vitse-prezidentinin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin həyata keçirilməsini təmin edən Prezidentin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.













