Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncam rəsmən yaxın saatlarda açıqlanacaq.
Əfvə düşən şəxslər sabah, mayın 25-də azadlığa buraxılacaqlar. Lakin bəzilərinin bu gün də azadlığa buraxılmaları istisna deyil.