"Biz gözləyirik ki, 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqqı 900 manatdan çox olacaq".
Minimum əmək haqqındakı artım - KİMLƏRİN MAAŞLARINI ARTIRACAQ? – MİLLƏT VƏKİLİ AÇIQLADI
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
"Artıq minimum əməkhaqqı 345 manata çatdırılıb. Bu bizi qane edirmi?! Əlbəttə ki, yox. Biz imkan daxilində addımlarımızı artırıq",- Prezident deyib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olmuşdur.