Azərbaycanda Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, aprelin 10-11-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir: "Aprel ayının 11-i axşam isə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var".
G.Məmmədova qeyd edib ki, növbəti iki gündə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-19, bölgələrdə 18-23, Dağlıq ərazilərdə 11-16 dərəcə təşkil edəcək"
Onun sözlərinə görə, aprelin 10-11-də ölkə ərazisində cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda Prezident seçkisi keçiriləcək.