Dənizkənarı Bulvar İdarəsi icazəni, onun dublikatını və əlavəsinin verilməsini, yenidən rəsmiləşdirilməsini, dayandırılmasını, bərpasını və ya ləğvini “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirəcək.
ELƏCƏ DƏ BAX: Dəfn xidmətləri xərclərinin maksimum məbləği – MÜƏYYƏNLƏŞDİRİLDİ
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”də dəyişiklik edib.
Beləliklə, Dənizkənarı Bulvar İdarəsi gələn il fevralın 1-dən icazəni, onun dublikatını və əlavəsinin verilməsini, yenidən rəsmiləşdirilməsini, dayandırılmasını, bərpasını və ya ləğvini “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirəcək.
Portalla icazə verəcək – MÜDDƏT QOYULDU
01:19
8 Dek 2018