Banner

Sosial

Populyar hesab edilən şirkətlərdə xidmət səviyyəsi "zəif"dir - ARAŞDIRMA

Populyar hesab edilən şirkətlərdə xidmət səviyyəsi "zəif"dir - ARAŞDIRMA | FED.az
11:00 29 Aprel 2019

"Business Insight“ şirkətinin təşəbbüsü ilə Bakı şəhərində fəaliyyət göstərən xidmət obyektlərində müştərilərə göstərilən xidmət səviyyəsinin qiymətləndirilməsi həyata keçirilib. Şirkətin öz maliyyə departamenti tərəfindən maliyyələşdirilmiş qiymətləndirmə "Gizli Müştəri“ araşdırması üsulu ilə aparılıb. Araşdırma 2019-ci ilin Fevral ayında həyata keçirilib.

FED.az araşdırmaya istinadən xəbər verir ki, "Business Insight“ın əməkdaşları xüsusi ssenarilər əsasında müştərilərə xidmət göstərən ön ofis işçiləri / satış nümayəndələri ilə müştəri qismində görüş keçiriblər. Real olaraq satış obyektlərindən məhsul, xidmət obyektlərindən isə xidmət alınıb.

Araşdırma vaxtı 64 müəssisənin müştəriyə birbaşa xidmət göstərilən ofislərinə ziyarətlər edilib. Hər obyektə isə 2 səfər həyata keçirilib.

 

Araşdırmaya cəlb edilən iş yerləri

 

Qiymətləndirmə 5 ballıq şkala üzrə aparılıb:

 

0 bal - Qətiyyən qəbul edilmir

 

1 Bal - Çox zəif

 

2 Bal - Zəif

 

3 Bal - Nə zəif, nə də yaxşı

 

4 Bal - Yaxşı

 

5 Bal - Ən yaxşı/Əla


Araşdırmanın nəticələrinə görə, Bakı şəhərində fəaliyyət göstərən və daha populyar hesab edilən obyektlərdə xidmət səviyyəsi 5 ballıq şkala üzrə 3.66 bala bərabərdir (73.2%):

"Yekun müqayisəli qiymətləndirmə ölçüsünün 3.66 bala bərabər olması isə onu göstərir ki, müştərilər ümumən onlara göstərilən xidmətlərdən məmnun deyillər. Araşdırma nəticələrinə uyğun olaraq yekun qiymətləndirmə ölçüsünün 4.00 baldan aşağı olması „ən rahat və müştəri yönümlü xidmət”ə sahib olmadığımızı göstərir“,- araşdırmada deyilir.

Ən yüksək xidmət səviyyəsi Mobil operatorlarda, ən aşağı xidmət səviyyəsi isə Supermarketlərdə qeydə alınıb. Ən yaxşı interyer və korporativ geyim Banklar və Geyim mağazalarında, ən aşağı interyer və korporativ geyim isə Avtomobil mağazalarında qeydə alınıb. Baxmayaraq ki, banklarda ən yaxşı interyer və korporativ geyim tətbiq edilir, amma ən zəif xidmət 8 sektor arasında Supermarketlərdən sonra banklarda qeydə alınıb.

 

Reytinq: Xidmət səviyyəsinin sektorlar üzrə ümumi nəticələri

 

Araşdırma ilə ətraflı buradan tanış ola bilərsiniz.

Digər xəbərlər

Banner