Azərbaycana poçt bağlamaların və yüklərin daşınması ilə məşğul olan DHL, UPS, Comex və Barami kimi şirkətlərin yükləri gömrükdə saxlanılıb.
Bunu şirkətlərin müşərisi bildirib.
"Bu gün öyrəndik ki, Azərbaycana poçt bağlamaların, onlayn mağazalar vasitəsi ilə sifariş edilən malların qısa müddətdə çatdırılmasını həyata keçirilən bütün şirkətlərin yükləri gömrükdə saxlanılıb. İndiyədək müştərilərə bunun səbəbi izah edilməyib. Ləngimənin uzun müddət davam edəcəyi bildirilir".
Qeyd edək ki, 2018-ci il Yanvarın 1-dən yeni gömrük idxal rüsumlarının tətbiqinə başlanılıb.