Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq.
FED.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.
Eləcə də bax: "Pensiyaçılar kart məlumatını hec kimə verməsinlər" - NAZİRLİKDƏN AÇIQLAMA
Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.
Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.
Yeniavaz