Əmək pensiyasına əlavə almaq hüququ ilə bağlı qaydalar dəyişir.
FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Eləcə də bax: Azərbaycanın rayonlarında orta aylıq - Pensiya nə qədərdir? - MƏBLƏĞLƏR
Dəyişikliyə görə, qanuna yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.
Dəyişikliklər müzakirə olunduqdan sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. (Trend)