"İnsanlar bu gün torpaq yeyə bilməz".
Eləcə də bax: Deputat: “Adına torpaq olanlar yardımdan kənarda qalmamalıdır”
FED.az xəbər verir ki, bunu plenar iclasda deputat Razi Nurullayev deyib. O bildirib ki, adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil: “Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.
Qafqazinfo