FED.az xəbər verir ki, PASHA Holding Qrup üzrə İR və inzibati işlər departamenti daxilində Qrup üzrə Daxili Audit Komandası üçün İR Biznes partnyoru vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
İR Biznes partnyoru vəzifəsinə tələblər:
• Əməkdaşlara Şirkətin daxili qaydalarına uyğun İR dəstəyi göstərilməsi;
• Funksiyanın kompensasiya və müavinətlər siyasətinə nəzarət edilməsi;
• Funksiyanın işə qəbul ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda işə qəbul prosesinin həyata keçməsini təmin etmək;
• Əməkdaşların qeydiyyatı, sənədləşdirmələrin aparılması, yeni əməkdaşların işə qəbulu;
• İR üzrə siyasət, qayda, prosedurlarının həyata keçirilməsi;
• Sağlamlıq və yaşam sığortası proqramlarının idarə edilməsi;
• Effektiv təlim və inkişaf planlarının hazırlanması və həyata keçirilməsi;
• Funksiya əməkdaşların fəaliyyətlərinin kvartal, yarımillik və illik qiymətləndirmə prosesinə nəzarətin həyata keçirilməsi;
• Əməkdaşlar haqqında qeydlərinin aparılması, yeni məlumatların, statusdakı dəyişikliklərin müvafiq qaydada yenilənməsinin təmin edilməsi;
• Funksiyanın təlim və inkişafı üçün ayrılmış büdcəsinin idarə edilməsi;
• Əməkdaşlarının sorğularının cavablandırılması və yaranan məsələlərin vaxtlı vaxtında və peşəkar səviyyədə cavablandırılması;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
• Biznesin idarə edilməsi, İnsan resursları və ya müvafiq sahə üzrə bakalavr təhsili;
• Bənzər sahədə ən azı 3-4 il peşəkar təcrübə;
• İşə qəbul prosesinin, eyni zamanda təlim və inkişaf sahəsinin tam anlayışı;
• Güclü şifahi və yazılı ünsiyyət qurma bacarığı;
• Problemlərin həll edilməsi və komandanın idarəedilməsi bacarıqları;
• Azərbaycan, ingilis və rus dilləri üzrə yaxşı bilik;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “HR biznes partnyoru” qeyd olunmalıdır;
• CV-lər 13 dekabr, 2019-cu il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.