İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqinin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur. Təklif edirəm ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.
Pensiyalar sürətlə arta bilər - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov bildirib.
“Nəzərə alsaq ki, sosial təminat eləcə də pensiya təminatının gücləndirilməsi Prezidentin diqqətində olan məsələlərdir. Ona görə də Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq. Bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərqin aradan qaldırılması və xüsusilə pensiya yaşı olan qadınlarımızın sosial təminatının daha da gücləndirilməsi mümkün olsun”, - deyə deputat vurğulayıb. (Apa)