2020-ci ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
Eləcə də bax: Bakıda orta aylıq əməkhaqqı - ARTIB - MƏBLƏĞ
FED.az xəbər verir ki, 7 ayda ödənişli xidmətlərin dəyəri 2 217 milyon manat olub. Bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,1 faiz azalma deməkdir.
Həmçinin, hüquqi şəxslər tərəfindən əhaliyə 1424,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 64,3 faizini təşkil edib.