“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlərdə həyat tərzi sorğusu həyata keçirib.
Eləcə də bax: Bakı sakinlərinin 30%-i - Ödənişsiz Məzuniyyətə Göndərilib
FED.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, rəyi öyrənilənlərin təqribən yarısı isə (48 %) pandemiyanın həyatlarına müəyyən təsirlərini hiss etdiklərini bildiriblər. Hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib.
Əksəriyyətin fikrincə (56 %) karantin rejimi ilə bağlı yaranan ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətləri həyata keçirmələrində yaranmış məhdudiyyətlər olub. Pandemiya zamanı maddi vəziyyətinin pisləşdiyini bildirənlər 44 % təşkil edib.
COVID-19 pandemiyasından sonra insanlar arasında münasibətlərin necə dəyişəcəyi ilə bağlı verdiyimiz sualımıza cavab olaraq əksəriyyət (41 %) insanların daha çox özlərinə və yaxınlarına qayğı göstərəcəklərini bildiriblər.
Sorğuda iştirak etmiş respondentlərin 15%-i pandemiya dönəmində yaxınları ilə münasibətlərinin pisləşdiyini vurğulayıblar.
Sorğu Bakı şəhərində 400 respondent arasında keçirilib.