Sosial

"Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir" - NAZİRLİK

"Özəl tibb müəssisələri işçilərinin maaşını dəfələrlə az göstərir" - NAZİRLİK | FED.az
18:01 10 Okt 2019

Azərbaycanın özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqları geniş tətbiq olunur.

FED.az Marjaya istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən bildirilib. Məlumata görə, bu ilin iyun ayında özəl klinikalarda 1 işçiyə ödənilən orta aylıq əmək haqqının rəsmi məbləği 349 manat olub. Reallıqda isə tibb işçiləri dəfələrlə yüksək maaş alırlar. Bu məbləğ bir sıra hallarda on minlərlə manatla ölçülür.

Eləcə də bax:Bakının məşhur klinikasının rəhbəri: "BU DƏQİQƏ ÇƏTİN VƏZİYYƏTDƏYİK" - PROBLEMLƏRİ SADALADI

“Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əmək haqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir”, - deyə nazirlik bəyan edib. 

Digər xəbərlər