2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət və özəl sektorda işləyənlərin maaşlarının iqtisadi fəaliyyət növləri üzrə həcmləri məlum olub.
Eləcə də bax: Azərbaycanda ən varlı və ən kasıb rayonlar – SİYAHI
FED.az xəbər verir ki, peşə, elmi və texniki fəaliyyət sektorunda özəl müəssisələrdə işləyənlər dövlət müəssisələrində işləyənlərdən 3 dəfə çox maaş alır.
Özəl sektorda maaş daha çox olan digər iş sahələri mədənçıxarma sənayesi (dövlət sektorundan 2,7 dəfə çox) və istirahət, əyləncə və incəsənət (dövlət sektorundan 2,5 dəfə çox) sahələridir.
Həmçinin bir sıra sahələrdə isə dövlət sektoru işçilərinin maaşları özəl sektor işçilərinin maaşlarından çoxdur. Bu sahələr turistlərin yerləşdirilməsi və ictimai iaşə (özəl sektordan 2,2 dəfə çox) və dövlət idarəetməsi və müdafiə; sosial təminat (özəl sektordan 3,1 dəfə çox) sahələridir.
FED.az dövlət və özəl sektorda işləyənlərin iqtisadi fəaliyyət növləri üzrə maaşlarını və onların nisbətini (özəl/dövlət) təqdim edir.