2023-cü ildə Azərbaycanda məşğulluq sahəsində çalışanların orta aylıq əmək haqqı 385.3 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə müqayisədə 59.5 manat və ya 18,3% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 325.8 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 354.5 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 55.2 manat və ya 18,% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1 220,6 manat olub. Bu da illik müqayisədə 43.7 manat və ya 3,7% çoxdur.