Azərbaycanda özəl sektorda ən çox maaşın kimlər aldığı məlum olub.
FED.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında özəl sektorda çalışanların orta aylıq nominal əməkhaqları 742,3 manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 51,90 manat və ya 7,51% çoxdur. İlin əvvəlində özəl sektorda əməkhaqqı 690,4 manat olub.
Eləcə də bax:Azərbaycanda orta aylıq əməkhaqqı – KİMLƏRİN HESABINA ARTIB?
Özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesinin payına düşüb (3 988,4 manat) , İkinci ən çox maaş peşə, elmi texniki fəaliyyətdə olub -2 054,3 manat. Özəl sektorda orta aylıq nominal əməkhaqqının yüksəkliyinə görə, siyahıda 3-cü olan sahə isə maliyyə və sığorta sahəsi olub 1 644,5 manat.
İlin əvvəli müqayisədə qeyri-dövlət mədənçıxarma sənayesində orta aylıq nominal əmək haqqı 4 034,0 manat olub. Bu göstərici hazırki məbləğdən 45,60 manat və ya 1,13% azdır.
İlin əvvəli ilə müqayisədə peşə, elmi texniki fəaliyyətdə çalışanların orta aylıq nominal əməkhaqları 27,20 manat və ya 1,30% azalıb. Qeyd edək ki, ilin əvvəlində bu sahədə çalışanların maaşları 2 081,5 manat olub.
Özəl sektorda maliyyə və sığorta sahəsində çalışanları arta aylıq nominal əməkhaqlları 178,60 manat və ya 12,18% artıb. Qeyd edək ki, ilin əvvəlinda maliyyə və sığorta sektorunda çalışnalraın əməkhaqları 1 465,9 manat təşkil edir.
Özəl sektorda ən az artım Turistlərin yerləşirilməsi və ictimai iaşə sahəsində olub. Belə ki ilin əvvəlində bu sahədə çalışanların orta aylıq nominal əmək haqları 535 manat olduğu halda bu ilin yanvar-sentyabrda bu göstərici 13,30 manat və ya 2,48% artaraq 548,3 manat təşkil edib.