Koronavirus Azərbaycanda özəl bağçalara, kurslara, idman zalları və sağlamlıq obyektlərinin fəaliyyətinə də böyük zərər vurub.
Eləcə də bax: Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq - RƏSMİ
FED.az xəbər verir ki, bu İqtisadiyyat Nazirliyinin bu sektordakı iş adamları ilə görüşündü məlum olub. Video formatda keçirilən görüşdə virusun özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına, idman-sağlamlıq sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin təşkil etdiyi müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ilə əlaqədar bu sahələrdə fəaliyyət göstərən sahibkarların da neqativ təsirlərlə qarşılaşdığı qeyd edilib, təsirlərin minimuma endirilməsi yolları müzakirə edilib.
Sahibkarlara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib. Onlara bildirilib ki, təkliflər hazırlanır və bu təkliflər dövlət başçısının tapşırığı ilə yaradılan İşçi Qrupda müzakirə ediləcək.
Müzakirələrdə hazırkı şəraitdə sosial məsuliyyətin daha da artırılmasının önəmi bir daha özəl sektor nümayəndələrinin diqqətinə çatdırılıb, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.