2023-cü il noyabrın 1-dən Özbəkistan pensiyaçıları pensiya və müavinətləri barmaq izi ilə nağd şəkildə alacaqlar.
Azərbaycanda yeni müavinət növləri - TƏSİS EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında büdcədənkənar pensiya fondunun mətbuat xidməti məlumat yayıb.
“Özbəkistanda noyabrın 1-dən pensiya və müavinətlərin barmaq izi ilə verilməsi planlaşdırılır, vətəndaşlar xüsusi planşetdə barmaq izini skan etdikdən sonra pensiya və müavinətləri nağd şəkildə ala biləcəklər”, - məlumatda deyilir.
Qeyd edilir ki, bu, pul emissiyası zamanı təxminən yarıya qənaət etməyə imkan verəcək.
“Əgər barmaq izləri Fərdiləşdirmə Agentliyinin məlumat bazasına uyğun gəlmirsə, o zaman pensiya və müavinətlərin ödənişləri reyestrinə imza atmaqla ödənişi qəbul etmək olar”, - deyə pensiya fondundan əlavə ediblər.
Hazırda Özbəkistanda nağdsız formada pensiya almaq istəyini bildirmiş pensiyaçıların kartlarına köçürülür, qalanları isə yerli özünüidarəetmə orqanlarının binalarında müvəkkil təşkilatların əməkdaşlarından alırlar. (Marja)