2025-ci ildə ünvanlı sosial yardım alanların sayı 75 min ailədən - 335 min ailə üzvündən çox olub.
"Gələn ildən ünvanlı sosial yardım məbləğinin artması gözlənilir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin vəsaitlərin ödənilməsinə 420 milyon manat vəsait sərf olunub: "Ötən ilin dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə ödənişlər üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb".









