Son bir ildə Azərbaycanda orta maaş - 107 MANAT ARTIB
2022-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu (əmək müqaviləsi ilə işləyən) işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin sonuna nisbətən 107 manat və ya 14,7 faiz artaraq 839,4 manata çatıb. Xatırladaq ki, bir il əvvəl ölkədə orta aylıq əmək haqqı 732 manat idi.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 794,9 manat, özəl müəssisələrdə isə 889,0 manat olmuşdur
Son bir ildə neft-qaz sektorunda orta maaş 250 manat və ya 8%, qeyri-neft qaz sektorunda isə 107 manat və ya 15,7% artıb.
Son bir ildə Azərbaycanda dövlət sektorunda orta maaş 142 manat və ya 22%, qeyri-dövlət sektorunda isə orta maaş 64 manat və ya 85 artıb.
Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri neft-qaz sektorunda 683,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olmuşdur.
Ötən il orta aylıq əmək haqqı - 107 MANATDAN ÇOX ARTIB
14:48
20 Fev 2023