Banner

Sosial

Ötən il əmək qanunvericiliyi - 955 Dəfə Pozulub

Ötən il əmək qanunvericiliyi - 955 Dəfə Pozulub | FED.az
11:38 28 Yan 2021

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb.

Eləcə də bax: Azərbaycanda maaşı gecikdirənlərə qarşı - TƏDBİRLƏR BAŞLANDI

FED.az xəbər verir ki, vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər. Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib.

Aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.(Qafqazinfo)

Banner

Digər xəbərlər