Ötən il ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 64 min və ya 4 faiz artaraq 1 mln. 873 minə çatıb.
İşçilərin əmək fəaliyyəti ilə bağlı məlumatlarda hansı dəyişikliklər edilib?
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Ötən ildə əməkhaqqı fondunda daha 9 faiz artım qeydə alınıb.