Qarşıdakı 4 ildə Azərbaycanda orta aylıq əmək haqqının illik artımı 50 manat keçməyəcək.
Bakıda orta aylıq əməkhaqqı - 4% Azaldı
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərində bildirilir.
Göstəricilərdə və ona əlavə edilən hesabatda deyilir ki, 2021-2025-ci illərdə ölkədə əhalinin nominal gəlir və xərcləri və orta aylıq əməkhaqqı artacaq.
Belə ki, 2021-ci ilin sonunda əmək haqqı 742,8 manat gözlənildiyi halda, 2022-ci ilin sonunda bu məbləğ 794,5 manat, 2023-cü ilin sonunda 838,3 manat, 2024-cü ilin sonunda 883,8 manat, 2025-ci ilin sonunda isə 935 manat olacaq.
Başqa sözlə, orta aylıq əmək haqqı 2022-də 51,7 manat, 2023-cü ildə 43,8 manat, 2024-cü ildə 45,5 manat, 2025-ci ildə isə 51,2 manat təşkil edəcək.
2021-2025-ci illər üzrə əməkhaqqı səviyyəsi